Həmsədrlər XİN başçıları ilə görüşüblər
28 yanvar 2013 18:25 (UTC +04:00)

Həmsədrlər XİN başçıları ilə görüşüblər

Görüşdə Xocalı aeroportu ilə bağlı vəziyyət də müzakirə olunub


 

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Yan Kelli (ABŞ) Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüblər. APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, görüşdə ATƏT-in sədrin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

 

Həmsədrlər nazirlərlə münaqişə tərəflərinə 2012-ci ilin oktyabrında təqdim olunmuş sülh prosesini irəli aparacaq təklifləri müzakirə ediblər. Onlar həmçinin tərəflər arasında etimad mühitinin möhkəmləndirilməsi üçün görüləcək tədbirlər barədə  fikirlərini bölüşüblər.

 

Vasitəçilər nazirlərlə Dağlıq Qarabağa mülki təyyarələrin uçuşları ətrafında vəziyyəti də müzakirə ediblər. XİN başçıları və həmsədrlər 2011-ci ilin aprelin 14-də və 2012-ci ilin iyulun 13-də verdikləri bəyanata istinad edərək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyətinin vacibliyini vurğulayıblar. XİN rəhbərləri sülh prosesinə dəstək verdiklərini və danışıqları davam etdirməkdə qərarlı olduqlarını bildiriblər. Tərəflər sülh prosesi ilə bağlı müzakirələrin növbəti həftələrdə davam etdirilməsi barədə razılığa gəliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482
avatar

Oxşar yazılar