Həmsədrlər Moskvada  Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
13 iyul 2015 21:33 (UTC +04:00)

Həmsədrlər Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiya Xarici işlər Nazirliyi Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie ilə (Fransa) Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin arasında keçirilən görüşlə bağlı məlumat yayıb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məlumatda Rusiya XİN başçısının müavini  Qriqori Karasinlə həmsədrlər arasında keçirilən görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjel Kaspyişık də iştirak etdiyi bildirilib.

 

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunub.

 

Qeyd edək ki, iyulun 20-21-də həmsədrlərin bölgəyə növbəti səfəri planlaşdırılıb. İyulun 20-də həmsədrlər Ermənistana, 21-də isə Azərbaycana səfər edəcəklər. Səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlamaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 409
avatar

Oxşar yazılar