Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin Türkiyə səfəri başa çatıb.
Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər zamanı H.Hacıyev bir sıra görüşlər keçirib. Partiya sədri, həmçinin mərhum eks-prezident Əbülfəz Elçibəyin həkimləri ilə bir daha görüşüb, onu maraqlandıran məsələlərə aydınlıq gətirmək istəyib.
Xatırladaq ki, H. Hacıyev yanvarın 25-dən Türkiyəyə işgüzar səfərə gedib .