Gürcüstanın xarici işlər naziri Maya Pancikidze martın 18-də Azərbaycana iki günlük rəsmi səfər edəcək.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Maya Pancikidze səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşəcək.
Maya Pancikidzenin həmkarı, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüşü planlaşdırılıb. Hər iki ölkənin xarici siyasət idarəsinin nazirləri mətbuat konfransı da keçirəcəklər. M. Pancikidzenin Azərbaycan mediasının nümayəndələri ilə də görüşü nəzərdə tutulub.
İki günlük səfəri çərçivəsində M. Pancikidze terrorla mübarizə mövzusunda Bakıda təşkil olunacaq beynəlxalq konfransda da iştirak edəcək.