Elçin Quliyev Gürcüstanın daxili işlər naziri ilə görüşüb
27 noyabr 2015 10:42 (UTC +04:00)

Elçin Quliyev Gürcüstanın daxili işlər naziri ilə görüşüb

Bu ilin noyabr ayının 26-da Azərbaycanda işgüzar səfərdə olan Gürcüstanın Daxili İşlər Naziri Giorgi Mgebrşvili ilə Dövlət Sərhəd Xidmətinin rəisi–Sərhəd Qoşun­larının Komandanı general-polkovnik Elçin Quliyev arasında görüş keçirilib.

 

DSX-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan - Gürcüstan dövlət sərhədin­də əmə­liy­yat şəraiti və onun inkişaf tendensiyaları müzakirə olunub, Azərbaycan Dövlət Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında faydalı əməkdaşlığın hazırki vəziy­yəti və perspektivləri, Avropa İttifaqı, Frontex, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlən­dirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Bundan başqa, tərəflər Azərbaycan – Gürcüs­tan dövlət sərhədin­in delimitasiyası və demarkasiyası üzrə işlərin uğurla davam etdirilmə məsələsi qeyd edilib. .

Müzakirələr zamanı beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, qa­çaq­mal­çı­lı­ğa və dövlət sərhədindən digər qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində Azərbaycan  və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilib.

Bununla yanaşı, görüş zamanı Ermənistan tərəfindən Azərbay­canın 20% ərazisinin işğal edilməsinin ölkəmizin milli təhlükəsizliyi üçün əsas təhdid olaraq qaldığı və həmin ərazilərin transsərhəd cinayətkarlıq tərəfindən istifadə olunduğu xüsusi vurğulanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

Oxşar yazılar