AXCP sədrinin müavini Gözəl Bayramlı bu gün aksiyada iştirak etdiyinə görə cərimələnib. “Qafqazinfo”nun məlumatına görə, artıq Facebook sosial şəbəkəsində Səbail rayon məhkəməsinin Gözəl Bayramlı barəsində çıxardığı qərarın fotosu da yayılıb. Qərara əsasən, Əli Kərimlinin müavini 2 min manat cərimələnib.
Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər isə 2500 manat cərimə ödəməli olacaq.
Məlumata görə, gənc fəal Emin Milli Nəsimi rayon Məhkəməsinin qərarı ilə 15 sutka, AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı isə 13 sutka həbs cəzası alıb.
Digər saxlanılanlardan bir qismi sərbəst buraxılıb, bir hissəsi cərimələnib, bir hissəsi isə bir neçə sutkalıq həbs cəzası alıblar.
AXCP-dən Kəmalə Bənənyarlı da 2000 manat cərimələnib.