Erməni jurnalist: “Şuşanın küçələri boşdur”
04 aprel 2016 01:36 (UTC +04:00)

Erməni jurnalist: “Şuşanın küçələri boşdur”

Hazırda Moskvada olan erməni jurnalist Şagen Nazaryan Rusiyanın “Komsomolskaya pravda” qəzetinə bildirib ki, aprelin 3-də Qarabağda yaşayan qohumları ilə əlaqə saxlayıb.

 

Onun sözlərinə görə, Şuşanın küçələri boşdur, əhali evdən çıxmağa qorxur. Ş.Nazaryan deyib: “Hadrut yaxınlığında döyüşlər gedir. Əmiuşaqlarım orada yaşayırlar. Anam onları Şuşaya gətirmək istəyir. Qorxurlar ki, birdən genişmiqyaslı döyüşlər başlayar. Əgər vəziyyət dəyişməsə, uşaqları dəhliz vasitəsi ilə Yerevana aparacaqlar”.

 

Erməni jurnalist onu da deyib ki, əhali ehtiyat donor qanı toplayır. (Azərtac)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400
avatar

Oxşar yazılar