Ərdoğan özü haqda çoxseriyalı film çəkdirir
18 noyabr 2015 14:24 (UTC +04:00)

Ərdoğan özü haqda çoxseriyalı film çəkdirir

0

 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz həyatını əks etdirən film çəkdirəcək.

 

Lent.az-ın məlumatına görə, bu barədə tanınmış ssenarist və aktrisa Gülsə Birsəl  “Hürriyet” qəzetindəki köşəsində yazıb.

 

Aktrisa film sektorundakı mənbələrinə istinad edərək yazır ki, prezident həyatından bəhs edən filmin çəkilməsi üçün hazırlıq başladıb. Filmin bir neçə hissədən ibarət olacağını yazan G.Birsəlin iddiasına görə, artıq ssenaristlərlə görüşlər də başlayıb: “Bu günlərdə sarayda iclas keçirib, ssenaristlərə uşaqlığından bu yana, bütün həyatını danışır. Filmin ssenarisi də bu xatirələrdən yazılacaq”.

 

Ssenarist bildirib ki, hələlik filmin baş roluna çəkiləcək aktyorun kimliyi müəyyənləşdirilməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 323

Oxşar yazılar