Əməkdaşlıq Şurasının baş katibi ADA-da mühazirə oxuyub 
24 yanvar 2013 20:33 (UTC +04:00)

Əməkdaşlıq Şurasının baş katibi ADA-da mühazirə oxuyub 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbələri qarşısında “Türk dünyasını əməkdaşlıq vasitəsi ilə tanıtmaq” mövzusunda mühazirə ilə çıxış edib.

 

ADA Kommunikasiya Departamentindən APA-ya verilə məlumata görə, X.Akıncı başçılıq etdiyi təşkilat barədə məlumat verərək Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən əsası qoylmuş qurumun təsis edilməsi barədə sənədin məhz Azərbaycanın Naxçıvan şəhərində qəbul edildiyini diqqətə çatdırıb.

 

Natiq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əvvəlki zirvə toplantılarının qurum üçün əhəmiyyətini təhlil edib, sayca üçüncü zirvə toplantısının bu il Bakıda türkdilli dövlətlər arasında nəqliyyat və gömrük əlaqələri mövzusunda keçiriləcəyi planlarını açıqlayıb. Tarixə nəzər salan diplomat türkdilli dövlətlərin kökləri və onların bəşəri irsə verdiyi böyük töhfələr haqda danışaraq bildirib ki, vaxtilə geniş coğrafi ərazini əhatə edən türkdilli millətlər bu gün beynəlxalq aləmdə altı respublika ilə təmsil olunur. Özbəkistan və Türkmənistanın hazırda qurumda təmsil olunmadığını şərh edən baş katib əminliyini bildirib ki,  həmin dövlətlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətini izlədikcə daha maraqlı olacaq və üzv olmaq istəyəcəklər. Mühazirədən sonra X. Akıncı tələbələrin suallarını cavablandırıb, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı türkdilli dövlətlərin mövqeyi barədə fikrini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641
avatar

Oxşar yazılar