Elnur Hüseynzadənin həbs müddəti iki ay uzadılıb
07 aprel 2017 10:39 (UTC +04:00)

Elnur Hüseynzadənin həbs müddəti iki ay uzadılıb

Bu ilin fevral ayında ermənilərin əlinə düşən Azərbaycan vətəndaşı Elnur Hüseynzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
 
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə vəkil Arkadi İsraelyan məlumat verib.
 
Vəkilin sözlərinə görə, Elnur Hüseynzadənin həbs müddəti daha iki ay uzadılıb.  
 
Qeyd edək ki, E. Hüseynzadə bu ilin fevral ayında naməlum şəraitdə ermənilərin əlinə düşüb. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, ermənilərin əlinə düşən E. Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub, hazırda hərbi xidmətdə deyil. Müdafiə Nazirliyi KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşınının uydurmalarına inanmamağa çağırıb.
 
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “məhkəmə”si Elnur Hüseynzadə barədə iki ay “həbs qərarı” verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253
avatar

APA Baycan

Oxşar yazılar