Xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısında iştirak edəcək
Bu gün xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə Misir Ərəb Respublikasına səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun “İslam Dünyası: Yeni çağırışlar və genişlənən imkanlar” mövzusunda keçiriləcək Zirvə Toplantısında çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.