Xarici işlər naziri Elmar Məmmədyarov İSESKO-nun baş katibi Əbdüləziz Osman Əl Tüveycrini qəbul edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, Əbdüləziz Osman Əl Tüveycri Azərbaycanın İSESKO çərçivəsində fəaliyyətini və təşkilatın məqsəd və məramnlarının həyata keçirilməsinə verdiyi töhfələrini yüksək qiymətləndirib.
O, Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoq təcrübəsinin dünya üçün örnək olduğunu diqqətə çatdırıb.
Birinci Bakı Avropa oyunlarının yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edən Əbdüləziz Osman Əl Tüveycri oyunların innaqurasiya mərasimində iştirak edəcəyindən şərəf duyduğunu bildirib.
Elmar Məmmədyarov İslam dünyasında həmrəyliyin gücləndirilməsinin vacibliyini vurğulaıb və İslam Əməkdaşlıq Təşkilatı və İSESKO-nun İslam dünyasının üzləşdiyi məsələlərin müzakirəsi və həll yollarının tapılması üçün vacib platforma olduğunu qeyd edib.
Görüşdə Azərbaycan ilə İSESKO arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub.