Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə görüşdü
26 noyabr 2015 16:03 (UTC +04:00)

Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə görüşdü

0

 

Xarici işlər naziri Elmar Məmmədyarov  Tbilisidə keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin VI qeyri-rəsmi nazirlər toplantısı çərçivəsində Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Gürcüstan münasibətlərinin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regionda və dünyada baş verən proseslər barədə fikir mübadiləsi aparılıb.

 

Nazirlər iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini vurğulayıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 417

Oxşar yazılar