Elmar Məmmədyarov Gürcüstanın müdafiə naziri ilə görüşüb
18 mart 2013 18:53 (UTC +04:00)

Elmar Məmmədyarov Gürcüstanın müdafiə naziri ilə görüşüb

Ölkələrimiz ərazi bütövlüyü prinsipinə qarşılıqlı dəstəyin göstərilməsi barədə razılığa gəlib

 

 

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan Respublikasının müdafiə naziri İrakli Alasaniyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, Elmar Məmmədyarov ölkələrimiz arasında münasibətlərin inkişafının region üçün əhəmiyyətindən danışıb.

 

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Elmar Məmmədyarov, münaqişənin həll olunmamasının regionun təhlükəsizliyinə və sabitliyinə təhdid, eyni zamanda  regionun inkişafına əsas maneə olduğunu söyləyib. Elmar Məmmədyarov münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruri olduğunu vurğulayıb.

 

Gürcüstanın müdafiə naziri baş nazir Bidzina İvanişvilinin ilk rəsmi səfərinin məhz Azərbaycana etməsini ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığının göstəricisi olduğunu bildirib. Görüşdə tərəflər ərazi bütövlüyü prinsipinə qarşılıqlı dəstəyin göstərilməsi və beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətlərinin əlaqələndirilməsinin davam etdirilməsi haqda razılığa gəliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 398
avatar

Oxşar yazılar