Yanvarın 28-də Fransada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Fransa prezidentinin diplomatik məsələlər üzrə müşaviri Jan Pol Ortiz ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Fransa arasındakı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti müzakirə edilib.
Eyni zamanda Ermənistan - Azərbaycan münaqişəsi və münaqişənin sülh yolu ilə həlli prosesi, regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.