Əli Kərimli Bakıda oteldən qovuldu
01 iyul 2014 14:09 (UTC +04:00)

Əli Kərimli Bakıda oteldən qovuldu

0

AXCP sədri Əli Kərimliyə Bakıda avropalı deputatlarla görüşməyə imkan verilməyib. Lent.az-ın “virtualaz.org” saytına istinadən xəbərinə görə, Ə. Kərimli deputatlarla ATƏT PA-nın sessiyasının keçirildiyi “Fairmont” otelində görüşməyə cəhd edib.

 

Ə. Kərimlinin avropalı deputatlarla görüşü otelin foyesində mühafizə xidmətinin əməkdaşları tərəfindən yarımçıq kəsilib. AXCP sədrindən oteli dərhal tərk etmək tələb olunub. Buna görə də görüş paytaxtdakı kafelərin birində davam etdirilib.

 

Ə.Kərimli öz “facebook” səhifəsində yazıb ki, otelə onunla görüşmək istəyən avropalı deputatların bir qrupunun xahişi ilə gedibmiş.

 

Qeyd edək ki, bundan əvvəl Leyla Yunus da ATƏT PA-nın tədbirinə buraxılmamışdı.

Qaydaya görə, ATƏT təmsilçilərinin təhlükəsizliyinin təminatına bu qurumun tədbirlərinin keçirildiyi ölkənin təhlükəsizlik xidməti cavabdehdir və hamı onun tələblərinə tabe olmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3789

Oxşar yazılar