Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidin Lent.az-a verdiyi məlumata görə, iclasda əfvlə bağlı daxil olan müraciətlər müzakirə olunub: “Müzakirə olunmamış müraciətlər hələ var, növbəti iclasda onlara da baxılacaq. Qəbul edilən ümumi sənədlər sonradan Prezident İlham Əliyevə təhvil veriləcək. Komissiyanın iclaslarında ayrı-ayrı məhkumlar tərəfindən əfvlə bağlı edilən müraciətlərə baxılır”.
Komissiyanın növbəti iclasının bu həftə içində keçiriləcəyini qeyd edən R.Məcid bildirib ki, həmin iclasdan sonra Novruz bayramı ərəfəsində ümumi əfv olacaq.