Ədliyyə Nazirliyi AXCP-lərin müraciətini araşdırır
06 noyabr 2015 14:00 (UTC +04:00)

Ədliyyə Nazirliyi AXCP-lərin müraciətini araşdırır

 
Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ətrafında yaranmış vəziyyətə münasibət bildirib.

 

Qurumun mətbuat xidmtindənAPA-ya verilən məlumata görə, nazirliyiə AXCP qurultayı ilə bağlı 2 müraciət daxil olub və bunlar araşdırılır: “Yaxın vaxtlarda araşdırmanın nəticəsi cəmiyyətə açıqlanacaq”.

 

Xatırladaq ki, Əli Kərimlinin sədri olduğu AXCP sentyabrın 27-də keçirdiyi qurultayla bağlı müvafiq məlumatların dövlət reysterinə daxil edilməsi üçünƏdliyyə Nazirliyinə müraciət edib.  

 

Ə. Kərimlinin sabiq müavini olan Razi Nurullayev isə əsl AXCP-nin onun rəhbərliyi ilə yarandığını bəyan edib və partiya üzvlərini öz ətrafında birləşməyə çağırıb. O, oktyabrın 18-də bu təşkilatın qurultayını keçirib vəƏdliyyə Nazirliyinə müraciət edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 206
avatar

Oxşar yazılar