Dövlət Komissiyası BQXK-ya müraciət etdi: <span style="color:red;">yaşayış evləri atəşə tutulur
27 aprel 2016 16:50 (UTC +04:00)

Dövlət Komissiyası BQXK-ya müraciət etdi: yaşayış evləri atəşə tutulur

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası aprel ayının 26-dan etibarən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, xüsusən cəbhənin Tərtər rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində yaşanan dağıntılarla bağlı məlumat yayıb.

 

Lent.az-ın Komissiyanın rəsmi saytına istinadən xəbərinə görə, aidiyyəti dövlət qurumlarından və vətəndaşlardan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olan çoxsaylı məlumatlara əsasən, cari ilin aprel ayının 26-dan etibarən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, xüsusən cəbhənin Tərtər rayonu istiqamətində mülki obyektlər, əsasən də yaşayış binaları Ermənistan ordusu tərəfindən hədəfə alınmış, iri çaplı silahlardan və ağır artilleriya qurğularından açılan atəşlər nəticəsində dağıdılıb.

 

Belə ki, ağır artilleriya atəşi nəticəsində Tərtər şəhərində 4 fərdi yaşayış evi, bir inzibati bina, Tərtər rayonu Qaraağacı kəndində 16 fərdi yaşayış evi, kənd qəbiristanlığında 20-dən çox məzar dağıdılıb, o cümlədən şəxsi təsərrüfatlara, rayonun elektrik və qaz təsərrüfatına ciddi ziyan dəyib. Bu hallar hazırda da davam edir. 


Qeyd olunanları nəzərə alaraq, Dövlət Komissiyası bu addımların beynəlxalq humanitar hüquq normalarına, müharibə qaydalarına zidd olduğunu, adi insani dəyərlərə hörmətsizlik kimi qiymətləndirdiyini Beynəlxalq Qızıl Xaç Komitəsinin diqqətinə çatdırıb və qarşı tərəfi bu əməllərdən çəkindirməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267
avatar

Oxşar yazılar