Böyük Britaniyanın Leyboristlər Partiyasının üzvü və Böyük Britaniya Krallığının ən gənc xarici işlər naziri David Miliband mayda Azərbaycana səfər edəcək. Onun Cənubi Qafqaz Forumu çərçivəsində keçiriləcək toplantıda çıxışı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin açılışında iştirakı nəzərdə tutulub. Bu barədə Lent. az-a Beynəlxalq Mərkəzdən məlumat verilib.
Qeyd edək ki, David Miliband siyasi karyerasına Toni Bleyerin partiyasında başlayıb və Gorden Braunun hakimiyyətə gəlməsi ilə İngiltərənin xarici siyasət idarəsinin rəhbəri olub.