Dağlıq Qarabağa köçən rusiyalı biznesmen bu addımının səbəbini açıqladı
13 iyul 2015 16:21 (UTC +04:00)

Dağlıq Qarabağa köçən rusiyalı biznesmen bu addımının səbəbini açıqladı

 

“Yazdığım tarix kitabı (“Adəmdən Putinədək”-red.) yaxınlarımın və hakimiyyət strukturlarındakı dostlarımın məndən üz döndərməsinə səbəb olub. Hamı məndən küsdü və bunu düşmənlərim – yalançı kilsə ilə cadugar-alimlər hiss etdilər”.

 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində məskunlaşan rusiyalı iş adamı German Sterliqov Şuşa şəhərində keçirdiyi brifinqdə deyib.

 

Biznesmen bildirib ki, ünvanına təhdidlər səsləndirildikdən sonra evi yandırılıb və uşağını oğurlamağa cəhd ediblər.

 

Hazırda Rusiyada baş verənləri məhkəmə orqanlarının ona böhtan atmaq cəhdi kimi qiymətləndirən G. Sterliqov qeyd edib ki, məhz jurnalistlərin sayəsində hamı onu millətçiləri maliyyələşdirdiyinə görə barəsində həbs-qətimkan qərarının veriləcəyi adam kimi tanıyıb.

# 196
avatar

Oxşar yazılar