Britaniyanın Azərbaycandakı səfirliyi Bakıda yanvarın 26-da sanksiyalaşdırılmamış etiraz aksiyasının keçirilməsi ehtimalı ilə bağlı öz vətəndaşlarına xəbərdarlıq ünvanlayıb. APA-nın xəbərinə görə, bu barədə səfirliyin “Facebook” səhifəsində məlumat yayılıb. Səfirlik Britaniya vətəndaşlarını aksiyaların keçiriləcəyi yerlərdən uzaq durmağa və ehtiyatlı olmağa çağırıb.