Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Piter Beytmanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Britaniyalı diplomat bundan sonra da iki ölkə arasında münasibətlərin inkişafı üçün töhfəsini əsirgəməyəcəyini bildirib. Elmar Məmmədyarov səfir Piter Beytmana gələcək fəaliyyətində uğurlar arzulamışdır.