Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olublar. AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rəsədxananın direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov qonaqlara bu müəssisənin fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə məlumat verib.
Daha sonra qonaqlar rəsədxanada 2 m-lik teleskopun avtomatlaşdırılması və modernləşdirilməsi, istifadə olunan yeni işıq qəbulediciləri, onların vasitəsilə alınan müşahidə materialları və onların işlənməsində istifadə edilən proqramlarla, həmçinin alınan elmi nəticələrlə tanış olublar.
Səfir İ. Siddinq rəsədxana ilə tanışlıqdan məmnunluğunu ifadə edib, burada yaradılan şəraitin yüksək səviyyədə olduğunu bildirib.