Bakıda İSESCO-nun iclası keçirilir
23 noyabr 2015 10:36 (UTC +04:00)

Bakıda İSESCO-nun iclası keçirilir

0

 

 

Bakı şəhərində İSESCO-nun XII Baş Konfransı və İcraiyyə Şurasının iclası keçirilir.

 

APA-nın məlumatına görə, iclas “Quran” ayəsinin oxunması ilə başlayıb.

 

Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İSESCO İcraiyyə Şurasının sədri Boubakar Doukore və İSESCO-nun baş direktoru Əbdüləziz Osman iştirak edir.

 

Tədbir noyabrın 27-də yekunlaşacaq.

 

İSESCO-nun İcraiyyə Şurası Asiya, Afrika və ərəb dünyasını əhatə edən 52 üzv dövlətin nümayəndələrindən ibarət olmaqla, ildə bir dəfə toplantı keçirir.

 

Qeyd edək ki, Azərbaycan 1991-ci ildən İSESCO-nun üzvüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar