Bahar Muradova Əli Kərimlinin otelə buraxılmamasına aydınlıq gətirib - YENİLƏNİB
02 iyul 2014 16:10 (UTC +04:00)

Bahar Muradova Əli Kərimlinin otelə buraxılmamasına aydınlıq gətirib - YENİLƏNİB

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova danimarkalı parlamentar Karsten Lauritzenin AXCP sədri Əli Kərimlinin sessiyanın keçirildiyi zala buraxılmaması ilə bağlı ittihamlarına cavab verib.

 

APA-nın məlumatına görə, B. Muradova deyib ki, təşkilatçı tərəf Azərbaycan olsa da, bu qurumun öz qaydaları və proseduru var. O bildirib ki, Azərbaycan sadəcə, ATƏT-in tədbirində iclas zalına şəxslərin buraxılması, onların qeydə alınması və iştirakının təsdiq edilməsi ilə bağlı prosedur qaydalarına əməl edib: “Onun bura daxil olmamasının səbəbi Azərbaycan hökuməti deyil, ATƏT Parlament Assambleyası və onun daxili qaydalarıdır. Həmin şəxs vaxtında qeydə alınmış olsaydı, bu gün bu sessiyada iştirak edə bilərdi. Gördüyünüz kimi, burada çoxlu sayda mətbuat təmsilçiləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və müxalif mövqeyi ilə seçilən şəxslər iştirak edir. Onlar sadəcə, vaxtında prosedur qaydalarına əməl edib, qeydiyyatdan keçiblər və indi də zaldadırlar”.

 

Qeyd edək ki, AXCP sədri Əli Kərimli ATƏT PA-nın sessiyasının keçirildiyi zala daxil olmaq  istəyib və buna icazə verilməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2315
avatar

Oxşar yazılar