Azərbaycanlı deputat erməni həmkarını susdurdu
13 aprel 2016 20:39 (UTC +04:00)

Azərbaycanlı deputat erməni həmkarını susdurdu

Bu gün Gürcüstan parlamentinin iclasında Vahid Milli Hərəkat Partiyasından deputat olan azərbaycanlı deputat Azər Süleymanovla erməni həmkarı Samvel Petrosyan arasında növbəti dəfə qarşıdurma yaranıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Azər Süleymanovun özü bildirib.

 

Onun sözlərinə görə, erməni deputat S. Petrosyan növbəti dəfə təxribata əl atıb.

 

“Samvel  Petrosyan yerindən qalxaraq parlament üzvlərinə müraciətlə bildirib ki, aprel ayında ermənilərin Osmanlı imperiyası tərəfindən öz torpaqlarında qırılması (soyqırımı) günü gəlir və nə üçün Gürcüstan parlamenti bu soyqırımı tanımır. Mən bir azərbaycanlı deputat kimi çıxış üçün söz alaraq dedim ki,  siz hansı soyqırımdan danışırsınız. 100 il bundan əvvəlki  qondarma soyqırımından, yoxsa 20 il bundan əvvəl Abxaziyada Baqramyan adına batalyonun həyata keçirdiyi soyqırımından. Sizin Baqramyan adına batalyonun gürcülərə etdiyi soyqırımı nəticəsində 100 minlərlə insanlar indi evlərindən qaçqın düşüb.”

 

A.Süleymanov ermənilər tərəfindən bir gecə ərzində Xocalıda yaşayan azərbaycanlıları qırdıqlarını və bunu həmkarının xatırlamadığını və indi Qarabağda dava getdiyi vaxtda S. Petrosyanın Gürcüstanda təxribat törətdiyini bildirib: “Sən təxribatçısan. Bura sənin üçün Ermənistan parlamenti deyil. Əgər sənin erməni problemin varsa, get Ermənistan parlamentində qaldır. Sənin bu parlamentdə yerin yoxdur və sən təxribatçı və şoumen deputatsan,” deyə A. Süleymanov parlamentdəki  çıxışında deyib.

 

A. Süleymanovun sözlərinə görə, Gürcüstan parlamentində erməni  həmkarının Gürcüstanda təxribat yaratmaq cəhdini gürcü deputatlar pisləyiblər. Deputat APA-ya açıqlamasında erməni deputata müraciətində bu sözləri də dediyini bildirib: “Sizin haqqınız yoxdur soyqırımı haqqında danışmağa və siz Azərbaycanda müharibəni başladınız. Bu gün də Gürcüstanda təxribat yaratdınız. Siz bu gün Gürcüstan dövlətinə problem yaradırsınız. Sizsiniz ruslarla birlikdə soyqırımı yaradan,” azərbaycanlı deputat bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar