Azərbaycanla YUNESKO arasında saziş imzalandı
25 yanvar 2014 11:56 (UTC +04:00)

Azərbaycanla YUNESKO arasında saziş imzalandı

Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində yanvarın 24-də  YUNESKO-nun Baş Qərargahında təşkilatın baş direktoru İrina Bokova ilə görüş keçirib. Bu barədə Lent.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.  

Görüşdə Azərbaycan -YUNESKO münasibətləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. İ. Bokova YUNESKO ilə əlaqələrimizin inkişaf etdirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu vurğulayıb.

Görüş əsnasında E. Məmmədyarov və YUNESKO-nun baş direktoru  tərəfindən Azərbaycan Respublikası və YUNESKO arasında Gənc Peşəkar Əməkdaş Proqramının təsis edilməsi haqqında saziş imzalayıblar.

Saziş Azərbaycanın gənc mütəxəssislərinin YUNESKO Katibliyində çoxtərəfli mühitdə fəaliyyət göstərməsinə və beynəlxalq təcrübə toplamasına imkan yaradacaq. 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506
avatar

Oxşar yazılar