ATƏT yanında daimi nümayəndəlik:"Ermənistanın məntiqi anlaşılmazdır ”
29 aprel 2016 20:28 (UTC +04:00)

ATƏT yanında daimi nümayəndəlik:"Ermənistanın məntiqi anlaşılmazdır ”

“Əhalisini Ermənistan Qüvvələrinin silahlı hücumlardan və ağır artilleriyadan atəşə tutulmasından qorumaq Azərbaycanın hüququdur”.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin Daimi Şuranın 1098 saylı iclasında Ermənistan səfirinin iddialarına cavab bəyanatında deyilir.

 

Bəyanatda Ermənistan səfirinin Azərbaycanın ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin fəaliyyətinə əngəl törətməsi ilə bağlı fikirlərinə münasibət bildirilib: “Həmin mövqelər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulduğu üçün Azərbaycan Müdafiə Nazirliyi ATƏT rəsmilərinə və səhra köməkçilərinə təhlükəsizlik qarantiyası verə bilmədi”.

 

Bəyanatda həmçinin, Azərbaycanın beynəlxalq təşkilatları Ermənistanın atəşkəsi pozması ilə bağlı məlumatlandırdığı da qeyd edilib. Azərbaycan ATƏT yanındakı daimi nümayəndəsi Ermənistan səfirinin sülh danışıqlarının qeyri-mümkün olması ilə bağlı fikrinə də cavab verib. “Güman edirəm ki, o, Ermənistan prezidentinin danışıqlardan imtina etməsi ilə bağlı müsahibəsinə istinad edib. Bu, təəssüf doğurur. Ermənistan tərəfinin məntiqi anlaşılmazdır. Bir tərəfdən,  Ermənistan tərəfi bildirir ki, münaqişə sülhlə həll edilməlidir, digər tərəfdən danışıqlardan imtina edir və hərbi, siyasi sahələrdə təxribatlara əl atır. Bu kontekstdə, biz yenidən beynəlxalq ictimaiyyəti Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatları pisləməyə çağırırıq. Beynəlxalq ictimaiyyət Ermənistanı inandırmalıdır ki, onun fəaliyyətli öhdəlikləri ilə üst üstə düşmür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260
avatar

Oxşar yazılar