Azərbaycanda yeni silahlı birləşmə növü yaradıla bilər
29 yanvar 2013 14:15 (UTC +04:00)

Azərbaycanda yeni silahlı birləşmə növü yaradıla bilər

Azərbaycanda yeni silahlı birləşmə növünün yaradılması gözlənilir.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı təkliflər yenidən hazırlanan “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanun layihəsində əksini tapıb.

 

Qanun Müdafiə Nazirliyindən başqa digər qurumların tabeliyində olan qoşun növləri ilə bağlı məsələləri də ehtiva edəcək.

 

Yeni təkliflər daha çox hazırkı Daxili Qoşunlar strukturunun yeni Jandarma strukturu ilə əvəzlənməsini və yeni sistemin daha da təkmilləşdirilməsini, yaxud Daxili Qoşunlarla yanaşı, yeni birləşmənin yaradılmasını nəzərdə tutur. Eyni zamanda qanun gələcəkdə əlavə silahlı birləşmələrin yaradılmasına da imkan verir. Qanun qəbul olunduqdan sonra məsələnin reallaşması ölkə başçısı, Ali Baş Komandanın qərarından asılı olacaq.

 

Qanun layihəsi hazırda rəy alınması üçün müvafiq qurumlara göndərilib və Müdafiə Nazirliyindən başqa digər qurumlar artıq rəy verib.

 

Müdafiə Nazirliyinin rəyi gecikdirməsinə görə qanun layihəsi hələ ki, müzakirəyə çıxarıla bilmir.

 

Bu il ərzində Müdafiə Nazirliyindən rəy alınması və qanunun MM-də müzakirəyə çıxarılması gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4063
avatar

Oxşar yazılar