Azərbaycanda yeni müxalifət partiyası yaradıldı
06 iyul 2014 15:13 (UTC +04:00)

Azərbaycanda yeni müxalifət partiyası yaradıldı

0
İyulun 6-da Azad Demokratlar Partiyasının təsis qurultayı keçirilib.

 

APA-nın məlumatına görə, Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər 22 dekabr 2013-cü ildə Təşkilat Komitəsinin yaradıldığını, ötən dövrdə Nizamnamə və Proqramın hazırlandığını qeyd edib.

 

Qurultayda keçirilən səsvermə nəticəsində partiyanın təsis edilməsi barədə qərar qəbul edilib, Nizamnamə və Proqram qəbul olunub.

 

S. Əkbər bildirib ki, partiyanın əsas məqsədi liberal dövlət, azad, ədalətli və rifaha əsaslanan cəmiyyət qurmaqdır.

 

Qurultayda S. Əkbər partiyanın sədri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2234

Oxşar yazılar