Azərbaycan və Rusiya Xəzərlə bağlı məsləhətləşdi
18 mart 2013 18:50 (UTC +04:00)

Azərbaycan və Rusiya Xəzərlə bağlı məsləhətləşdi

Bu gün Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələrin növbəti raundu keçirilib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun və Rusiya Federasiyası Prezidentinin Rusiyanın həmsərhəd olan MDB iştirakçı dövlətləri ilə dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

 

Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin müddəaları, Xəzərdə əməkdaşlıq, o cümlədən təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər məqamlar müzakirə edilib. Eyni zamanda mövqelərin yaxınlaşdırılması üçün məsələlər araşdırılıb, aktual mövzular üzrə geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda Xəzər məsələləri üzrə ikitərəfli formatda keçirilən məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb və belə danışıqların davam etdirilməsinin zəruri olduğu bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023
avatar

Oxşar yazılar