Mayın 13-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Avstriya Respublikasının prezidenti Haynts Fişerin təkbətək görüşü olub. Lent.az-ın məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb. Azərbaycan prezidentinin Avstriyaya rəsmi səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyi bildirilib.
Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Vyanada həmçinin, Azərbaycan Respublikası və Avsrtiya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyannamə”nin imzalanması mərasimi olub. Birgə Bəyannaməni Azərbaycan və Avstriya prezidentləri Haynts Fişer imzalayıblar.
Bundan başqa, bu gün Avstriya Respublikasının prezidenti Haynts Fişer və xanımı Margit Fişer tərəfindən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi lanç verilib.