Azərbaycan ötən il yeni universal reaktiv yaylım atəş sistemləri alıb.
APA-nın öz hərbi mənbələrinə istinadən verdiyi məlumata görə, alınmış yeni sistem fərqli çaplı raketlərdən atəş açmağa imkan verir.
Yeni sistem yüksək manevr qabiliyyətinə malik nəqliyyat vasitələrinin üzərində qurulub. Atış məsafəsi isə raketindən asılı olaraq, 3 km-dən 110 km-dək təşkil edir.
Raket sisteminin satın alındığı ölkə və istehsalçı firmanın adı açıqlanmır.