Azərbaycan prezidenti Tacikistan səfirinin etimadnaməsini qəbul edib
01 fevral 2013 16:46 (UTC +04:00)

Azərbaycan prezidenti Tacikistan səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev fevralın 1-də Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zohir Saidovun etimadnaməsini qəbul edib. Lent.az-ın Azərbaycan prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 
səfir fəxri qarovul dəstəsinin qarşısından keçib. 

 

Diplomat Z. Saidov etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. 
 

Sonra Azərbaycan prezidenti səfirlə söhbət edib. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayıb.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
 

Tacikistan Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri prezident Emoməli Rəhmonun salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. İkitərəfli münasibətlərimizin dinamik şəkildə inkişaf etdiyini vurğulayan səfir əməkdaşlığımızın müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edib. Tacikistanlı diplomat ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib. 
 

Dövlət başçısı prezident E. Rəhmonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Tacikistanın dövlət başçısına çatdırmağı xahiş edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 429
avatar

Oxşar yazılar