Azərbaycan Joao Suareşin səlahiyyətlərinin artırılmasını təklif edib
28 iyun 2014 10:06 (UTC +04:00)

Azərbaycan Joao Suareşin səlahiyyətlərinin artırılmasını təklif edib

 

 

Bu gün ATƏT Parlament Assambleyası (PA) Daimi Komitəsinin Bakıda keçirilən iclasında ATƏT PA-nın prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç parlamentarların sualları cavablandırıb.


 

APA-nın məlumatına görə, miqrantlarla bağlı sualı cavablandıran R.Krivokapiç İtaliyaya on minlərlə miqrantın gəldiyini bildirib. O, ATƏT PA-nın bu məsələdə də İtaliyaya tam dəstək verməli olduğunu qeyd edib.

 

Avropa Şurası, NATO Parlament Assambleyası, Avropa Parlamenti ilə əməkdaşlıqla bağlı sualı cavablandıran R.Krivokapiç seçki müşahidə missiyaları zamanı Avropa Şurası, Avropa Parlamenti ilə əməkdaşlıq edildiyini söyləyib: “Biz və bu qurumlar bir çox eyni qətnamələr qəbul edib. Rəhbərlik səviyyəsində görüşlər keçirilir. Avropa Şurası Parlament Assambleyasında müasir cəmiyyətlərdə KİV-in rolu barədə məsələ qaldırdıq. Avropa Şurasının baş katibi bununla razılaşdı. Yeni media hakimiyyəti yaranıb, bəzən məsuliyyət olmadan bu hakimiyyətdən istifadə edilir. Biz beynəlxalq konfrans keçirərək bu suallarla cavab tapmağa çalışacağıq”.

 

R.Krivokapiç ATƏT Parlament Assambleyasının fəaliyyətində qətnamələrin icrasının da mühüm olduğunu vurğulayıb.

 

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova R.Krivokapiçin 1 illik rəhbərliyi dövründə ATƏT institutları arasında münasibətlərin normallaşması, qurumun regionda fəaliyyətinin artırılması istiqamətində mühüm işlər gördüyünü qeyd edib: “Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Joao Suareşi çox yaxşı tanıyırıq. O, Cənubi Qafqaza, problemlərə yaxşı bələddir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT və Minsk Qrupunun nəticəsi olmasa da, fəal görünür. Ancaq ATƏT PA-nın fəaliyyəti sönük görünür. Xüsusi nümayəndəniz Suareşə adekvat fəaliyyət göstərmək üçün səlahiyyət vermək barədə düşünürsünüzmü? Ukrayna barədə qətnamə müzakirə edəcəyik, belə vəziyyətdə xüsusi nümayəndənin fəaliyyətini genişləndirməyə ehtiyac varmı?”

 

R.Krivokapiç ATƏT PA-nın rolunu artırmaq niyyətində olduqlarını bildirib: “Xüsusi nümayəndələrin işinə diqqət artıb. Joao Suareş fəaldır. Cenevrədə yenidən bu məsələni qaldıracağıq. Suareşin fəaliyyəti üçün büdcədən kənar vəsait tapmağa çalışırıq. Ukraynadakı kimi daha aktiv fəaliyyət aparmağa çalışırıq. Joao Suareş bunu təkbaşına edə bilməz, ona dəstək verməliyik. Bu çox mühümdür. Biz bu sahədə müxtəlif təcrübələrdən istifadə edəcəyik. Suareşin regionda səylərini yüksək dəyərləndiririk”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522
avatar

Oxşar yazılar