Bu gün Nərimanov rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, prosesdə zərərçəkmiş şəxs qismində Mikayıl Quliyev ifadə verib. O, ifadəsində şikayətinin olmadığını deyib.
Məhkəmə prosesi yanvarın 18-də davam edəcək
Qeyd edək ki, M. İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub. O, 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir.