AXCP-nin Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu həbs dilib.
"Azadlıq" qəzetinin məlumatına görə, noyabrın 17-i saat 19 radələrində Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirli yaşadığı evin qarşısında həbs olunub. Onu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Polis S. Daşdəmirlinin narkotik satdığı üçün saxlandığını deyib.
Noyabrın 18-də isə Nərimanov rayon məhkəməsində S. Daşdəmirli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
R. Daşdəmirli oğlunun həbsini özünün siyasi fəaliyyəti ilə əlaqələndirib.