AXCP-dən istefa
15 yanvar 2013 12:31 (UTC +04:00)

AXCP-dən istefa

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Beyləqan rayon şöbəsinin sədri istefa verib.

 

APA-nın verdiyi məlumata görə, şöbə sədri Eltural Mürsəlzadənin istefa verməsinin səbəbi rayon təşkilatında onun fəaliyyəti ilə bağlı narazılığın yaranması olub. Yanvarın 13-də partiyanın Beyləqan rayon şöbəsinin Məclisinin iclasında E. Mürsəlzadənin istefası qəbul olunub və vəzifənin icrası müvəqqəti olaraq, daha əvvəl bu postu tutmuş Füzuli Qəhrəmanlıya həvalə edilib.

 

Partiyadan fakt təsdiqlənib və APA-ya bildirilib ki, E. Mürsəlzadənin AXCP-də bu günə qədərki fəaliyyəti nəzərə alınaraq, onun rayon şöbəsinin sədr müavini kimi fəaliyyətini davam etdirməsi nəzərdə tutulub. AXCP-dən o da bildirilib ki, yaxın vaxtlarda partiyanın Beyləqan rayon şöbəsinin keçirilməsi nəzərdə tutulan konfransında yeni sədrin seçilməsi və digər məsələlər öz həllini tapacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1526
avatar

Oxşar yazılar