Avropa İttifaqı Azərbaycanda keçirilmiş referenduma münasibət bildirib
28 sentyabr 2016 18:22 (UTC +04:00)

Avropa İttifaqı Azərbaycanda keçirilmiş referenduma münasibət bildirib

0

Avropa İttifaqı (Aİ) Azərbaycanı Venesiya Komissiyasının konstitusiyaya dəyişikliklərlə bağlı rəyini nəzərə almağa çağırır.

 

APA-nın Aİ-yə istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin Azərbaycanda keçirilən referendumla bağlı açıqlamasında deyilir.

 

Açıqlamada deyilir ki, AŞPA-nın qiymətləndirmə missiyasının ilkin açıqlamasına görə, əhalinin əksəriyyəti sakit şəraitdə keçirilmiş referendumda irəli sürülmüş 29 dəyişikliyin lehinə səs verib: “Əvvəlcədən parlamentdə gedən debatlar zamanı bəzi çatışmazlıqlar qeydə alınıb".

 

Avropa İttifaqı Azərbaycanı konstitusiya dəyişiklikləri layihəsinin həyata keçirilməsi zamanı Venesiya Komissiyasının rəyini  nəzərə almağa çağırır: "Avropa İttifaqı  bu və digər vacib məsələlərdə Azərbaycanla dialoq aparmağa davam edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 417

Oxşar yazılar