ATƏT-in iclasında Helsinki Bəyannaməsi qəbul edilib
09 iyul 2015 12:50 (UTC +04:00)

ATƏT-in iclasında Helsinki Bəyannaməsi qəbul edilib

 

Sənəddə üzv ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunur

 

ATƏT Parlament Assambleyasının plenar iclasında Helsinki Bəyannaməsi qəbul edilib.

 

APA-nın məlumatına görə, Ermənistan nümayəndə heyəti sənədin əleyhinə səs verib. Onlar ATƏT ərazisində həlli uzanan münaqişələrin tez bir zamanda həlli istiqamətində səylərin artırılması və üzv ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörməti əks etdirən 4-cü paraqrafa etiraz ediblər. Həmçinin onlar Rusiya nümayəndə heyəti olmadan Bəyannaməyə Rusiya-Ukrayna məsələsi ilə bağlı maddənin salınmasını etirazla qarşılayıblar.

 

Azərbaycan nümayəndə heyəti Bəyannamənin lehinə səs verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328
avatar

Oxşar yazılar