AŞPA rəhbəri: "Arif Yunusun azadlığa buraxılmasını alqışlayıram"
13 noyabr 2015 15:35 (UTC +04:00)

AŞPA rəhbəri: "Arif Yunusun azadlığa buraxılmasını alqışlayıram"

“Mən Arif Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışlayıram və ümid edirəm ki, daha çox, xüsusilə sağlamlıqları ilə bağlı narahatlıq olan məhbuslar tezliklə azadlığa buraxılacaq".

 

APA-nın məlumatına görə, bu barədə Avropa ŞurasıParlament Assambleyasının sədri Ann Brassörün bəyanatında deyilir. “Bununla yanaşı, Arif Yunus və digər hüquq müdafiəçiləri və jurnalistlərə bağlı məhkəmə prosesləri  hələ də həll olunmayıb. Mən bir daha Azərbaycan rəhbərliyini Avropa İnsan Haqları Konvensiyası standartları və Avropa Şurası qarşısında götürdükləri öhdəlik və vəzifələri çərçivəsində hərəkət etməyə çağırıram",- deyə bəyanatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244
avatar

Oxşar yazılar