AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri iyun ayında Azərbaycana səfər edəcəklər. Bu barədə APA-nın Avropa bürosuna açıqlamasında AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak bildirib.
Onun sözlərinə görə, digər həmməruzəçi - rumınıyalı deputat Sezar Preda ilə gerçəkləşdirəcəyi səfər Azərbaycanda bir dairə üzrə keçiriləcək seçkilərlə əlaqədardır: “Azərbaycanda bir seçki dairəsi üzrə seçkilər iyunun 18-də keçiriləcək və biz bu seçkilərdən Azərbaycana növbəti dəfə səfər etmək imkanı kimi yararlanacağıq. Biz həm keçiriləcək seçkiləri müşahidə edəcək, həm də hökumətlə danışıqlarımızı davam etdirəcəyik”.