AŞPA həmməruzəçiləri yenidən Bakıya gələcək
26 sentyabr 2016 09:22 (UTC +04:00)

AŞPA həmməruzəçiləri yenidən Bakıya gələcək

0

 

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri yenidən Azərbaycana səfər edəcəklər.

 

Bu barədə APA-ya AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Florin Sezar Prada məlumat verib. O bildirib ki, səfər noyabr ayına planlaşdırılır.

 

Qeyd edək ki, Sezar Prada və Azərbaycan üzrə digər həmməruzəçi Steffan Şennak bu gün Azərbaycanda keçirilən ümumxalq səsverməsini müşahidə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar