Araz Əzimov “Asiyanın ürəyi” ölkələrinin səfirlərinin iclasına sədrlik edib
29 yanvar 2013 11:44 (UTC +04:00)

Araz Əzimov “Asiyanın ürəyi” ölkələrinin səfirlərinin iclasına sədrlik edib

Xarici işlər nazirinin müavini Araz Əzimov 27-28 yanvar tarixlərində Əfqanıstan İslam Respublikasında səfərdə olub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər müddətində xarici işlər nazirinin müavini Əfqanıstan vitse-prezidenti Kərim Xəlili, xarici işlər naziri Zaymal Rasul, dağ-mədən naziri Vahidullah Şahrani və nəqliyyat və mülki aviasiya naziri Davud Ali Nəcəfi ilə görüşüb.

Görüşlərdə Azərbaycan ilə Əfqanıstan arasında münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, Əfqanıstanda sülh, sabitlik və inkişafın təmin edilməsi məqsədilə ikitərəfli və çoxtərəfli formatlarda həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb. Araz Əzimov əfqanıstanlı həmkarı Cavid Ludin ilə birlikdə “Asiyanın ürəyi” ölkələrinin səfirlərinin iclasına da həmsədrlik edib. İclasda Əfqanıstan üzrə İstanbul Prosesinin Yüksək Vəzifəli Şəxslərinin 6 fevral tarixində Bakıda keçiriləcək iclasına hazırlıq məsələləri müzakirə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468
avatar

Oxşar yazılar