Aİ-nin Cənubi Qafqaz və Gürcüstan nümayəndəsinin mandatı uzadıldı
23 noyabr 2015 16:21 (UTC +04:00)

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan nümayəndəsinin mandatı uzadıldı

0

 

 

Avropa İttifaqı Şurası bu gün Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Herbert Salberin mandatının uzadılması barədə qərar qəbul edib.

 

APA-nın Aİ-yə istinadən verdiyi məlumata görə, xüsusi nümayəndənin mandatının vaxtı 2017-ci ilin 28 fevralında bitəcək. O, bu vəzifəyə 2014-cü ilin 8 iyulunda təyin edilib. Bildirilir ki, Aİ-nin xüsusi nümayəndəsi çətin region və ölkələrdə Aİ-nin siyasət və maraqlarını təbliğ edir və sülh, stabillik, qanunun aliliyinin möhkəmlənməsi səylərində aktiv rol oynayır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 271

Oxşar yazılar