Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) baş katibi Kamal Cəfərov
Beynəlxalq Vəkillər Assosiasiyasının Londonda təşkil etdiyi beynəlxalq konfrans
çərçivəsində Lordlar Palatasının üzvü Barones Helena Kennedi ilə görüşüb.
AHK-nın mətbuat katibi Pərvin Abbasovun Lent.az-a verdiyi məlumata görə, görüş zamanı K.Cəfərov Azərbaycanda aparılan mütərəqqi hüquq islahatları barədə Barones Kennedini məlumatlandırıb. Həmçinin müzakirələr zamanı Böyük Britaniya və Azərbaycan hüquq əməkdaşlığının inkişafına dəstək xarakterli tədbirlərin əhəmiyyəti vurğulanıb.
AHK-ın baş katibi qeyd edib ki, bu il ərzində həm Londonda həmçinin Bakıda iki ölkənin hüquq cəmiyyətinin arasında sıx əlaqələrin qurulmasına dəstək məqsədli bir sıra tədbirlər nəzərdə tutulub.