ABŞ konqresmenlərinin qərargah rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Lent.az-ın Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün nümayəndə heyətinin üzvləri Yeni Azərbaycan Partiyasında YAP İcra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı ilə görüşüblər.
Azərbaycana səfər etmələrindən məmnunluğunu ifadə edən ABŞ konqresmenlərinin qərargah rəhbərləri ölkəmizdəki seçki sistemi, siyasi partiyaların fəaliyyəti, parlamentdə siyasi partiyaların təmsilçiliyi, YAP-ın ideoloji-siyasi xətti ilə maraqlanıblar. YAP İcra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı onları maraqlandıran sualları ətraflı şəkildə cavablandırıblar.