ATƏT-in Minsk Qrupuna ABŞ həmsədri təyin edib. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, avqustun 5-də ABŞ-ın dövlət katibi Con Kerri Ceyms Uorlikin bu vəzifəyə təyin edildiyini bildirib.
«O, birinci dərəcəli diplomatdır. Əminəm ki, bu vacib vəzifənin öhdəsindən məharətlə gələcək. ABŞ Dağlıq Qarabağ münaqişəsinin uzun müddətli və dinc yolla sülh əldə etməsinə sadiqdir» -deyə, Kerrinin bəyanatında bildirilib.
Uorlik vəzifəsinin icrasına bu ilin sentyabrından başlayacaq.
Uorlik ABŞ prezidentinin Əfqanıstan və Pakistan üzrə özəl təmsilçisinin müavini işləyib və ABŞ-la Əfqanıstan arasında danışıqların aparıcı müzakirəçilərindən olub.
Bunadək o, ABŞ-ın Bolqarıstanda səfiri (2009-2012-ci illərdə) işləyib və Dövlət Departamentində məsul vəzifələrdə çalışıb.