APA-nın Senatın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Senatın qəbul etdiyi qətnamənin lehinə 35 senator səs verib.
Məlumata görə, Azərbaycanda dinc əhalinin kütləvi qətlini tanıyan qətnamə senator Gerald Ortiz Pino tərəfindən ABŞ-ın Nyu-Meksika ştatının Senatına təqdim olunub.
Bu sənəddə Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə, 25-26 fevral 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalının işğal olunması və orada yaşayan uşaqlar, qadınlar, qocalar daxil olmaqla 600-dən çox dinc azərbaycanlının kütləvi qırğına məruz qalmasından bəhs edilir.
Müəllif qeyd edib ki, “işğal əməliyyatından sonra Xocalıda eybəcər hala salınmış və şikəst olmuş insan meyitləri aşkarlanıb ki, bu da dinc əhaliyə edilmiş ən qeyri-insanı hərəkətdir”.
Sənəddə qeyd olunub ki, BMT TŞ qətnamələrinin Azərbaycan ərazilərinin işğal faktını tənqid etməsinə baxmayaraq, Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla Azərbaycanın 20 faiz torpaqları hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Bu gün isə eyni məzmunlu qətnamə Nümayəndələr Palatasında da qəbul olunub. Nümayəndələr Palatasına təqdim olunan qətnamənin müəllifi isə Debbi Rodelladır.